Dayandığım bu zirvədən“Yurdum...” deyə pıçıldasam,Bu pıçıltım yetişəcəkyer üzünün o başına.Torpaqdakı qarışqa da sevinəcək!Başım üstdən ötən qartalqıy vuracaq:“Mən də sənin qardaşınam”!“Mə...nim yur..dum!”Açılacaq ağacların yarpaq dili,Yaşıl otlar sübh yelindəyellənəcək xanım-xanım!Gündoğandan Günbatanaşığıyacaqod yelkənli ilxıların burulğanı!Damar atıbağaracaq qədim yollar...Qopuzların, çuxurlarınharayında ağrı-acı.Yer üzündə qabağımı kəsən sədd yox,Yer üzünün qapıları mənə açıq!“Ehey, mənim Oğuz elim,Sonsuz dünyam, sonsuz elim!”...Axarından qalar çaylar,Çiçəklərin gözlərindəquruyar yaş.Qalaların bürcü qalxar,İgidlərin kürzü qalxar,Adamlar da qayalaşar,Qayalar da adamlaşaryavaş-yavaş.Bayrağımın işığındangecə-gündüz səddi itər!Mən yoldayam!“Yurdum”! deyib pıçıldasam,

Bu yollardamənə arxa dağlar gedər!Bir zirvəyə qalxmaq asan,Bu zirvədə dinmək çətin!“Haray” səsimşimşək olarbaşı üstdəsübh yuxulu məmləkətin!..

21.III.1983

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən