Açılan yolların mahnımı
Yollar açılacaq bir gün, bilirəm!Yollar göyərəcək cavan meynətəkMənim ürəyimdən, arzularımdan.Arazı min yerdən kəsib keçəcək,Xəzəri arxayın üzüb keçəcək.Könlümdən boy atan diləklər kimiBu yurdu büsbütün bürüyəcəkdir.Açılan yollarla bizim sevgimizTumurcuq-tumurcuq yeriyəcəkdir.Olub qara şanı, olub ağ şanı,Olub qızıl şanı, çilçıraq şanıEvlərdə, yollarda alışacağam.Milyon cığır olub, milyon iz olub,Yurdun torpağına qarışacağam...
Yollar açılacaq bir gün, bilirəm!Bəlkə Yardımlının dağları üstdən,Bəlkə Cəbrayılın, bəlkə Culfanın,Bəlkə Astaranın bağları üstdən.Birlik həsrətindən yanan ellərinQüssələri üstdən, ahları üstdən!Özüm yetişsəm də, yetişməsəm də,Övladım gedəcək ön cərgələrdə.Görə bilmədiyim doğma ellərəMənim gözümlə də baxacaq hərdən.Özüm yetişsəm də, yetişməsəm də,O böyük sevincdi qaynadan qanı.İndidən, indidən oxuyuram mənAçılan yolların mahnılarını!..
19.III.1983
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-acilan-yollarin-mahnimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çiçəklər baharın dilini öyrənir,arılar çiçəklərin.
Qovuşa bilmirYağır ömrümüzə taleyin qarı,Bir olsaq – ayrıyıq, ayrılsaq – birik.
Birimiz sağ gözük, birimiz sol gözBizim aramızda beş addımlıq yol,Gözdə qaş arası!
Gizli səsYaman öyrənmişəm sənin səsinə,Sevinc nəfəsidir üstümdən əsən.