Bizim aramızda beş addımlıq yol,Gözdə qaş arası!Ondan da azdı...Di gəl ki, hərəmiz bir planetdəYaşasaq bu qədər ayrı olmazdıq.

Dünənki günümsən – ancaq nə fərqi,Milyon illər kimi geri dönməzsənŞəkiltək baxırsan dinməz-söyləməzAyrı bir taleyin çərçivəsindən.

Bəlkə sabahımsan –əl atsam çatarBu gün də dolanıb ötüşər, nə qəm.Heyif ki vədəsi gəlib yetişənXəstətək sabaha yetə bilmərəm.

Gözümün önündə səhra ilğımı,Gözümün önündə şirin bir yuxu –Ovcumdan qaynayıb çıxan bulaqsanSuların sərhəddən o taya axır.

Ürəyin önümdə şölələr çəkir,Mənim bəxtimədir belə gur ocaq.Uçuram bu oda qızınmaq üçünƏlim buz şüşəyə toxunur ancaq.

Dənizdə dalğanın ömrü də belə –Biri qovacaqsa, biri qaçacaq.Birimiz sağ gözük, birimiz sol gözGüzgüdə görüşə bilirik ancaq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri