Tənziləyə

Ad günün mübarək sevncim, dərdimBu günə ən gözəl duyğumu verdimSözüm gül-çiçəkdi, yoluma sərdim,Çiçək yaşındasan, yaşını demə!

Bəlkə bahar gəldin, bəlkə qış gəldin,Bəlkə məzarıma soyuq daş gəldin,Nə zaman gəldinsə mənə xoş gəldinİstək yaşındasan, yaşını demə!

Həsrətim sel idi – axını sənə,Nə qədər nəğməm var, oxunur sənə,Gülün ləçəyi də toxunur sənə,Kövrək yaşındasan, yaşını demə!

Günəş şəfəqindən endirib bəlkə,Məni bəxt atına mindirib bəlkə,Allah cənnətindən göndərib bəlkə,Mələk yaşındasan, yaşını demə!

Qanımı qaynadır ətirli yataq,Ruhumu dincəldir bu ev, bu otaq,Sirrimi oxuyan, dərdimə ortaq,Kömək yaşındasan, yaşını demə!

Sevgi yaşayırsa, ilin fərqi yox,Könlüm sənindirsə, dilin fərqi yox,Sinəmdə, sinəndə, gəlin, fərqi yox,Ürək yaşındasan, yaşını demə!

28.XI.1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar