Sıxıcı günlərin soyuğu bitdi,Ruhuma əl çəkdi ilıq bir səhər,Ağır havanı qovantaybatay pəncərələr,dənizin duru havası,ilk cümləsini yazacağım yazıdünya doğulacaq zərrə duyğudan...Bu sənsən, inan...

Yolçu, bu komanın yanında ötmə,Alması göylərdə nağıldı, dinlə!Qoy şehli çəmənə düşsün çəhlimin,Divarlar isinsin hərarətinlə.Bircə baxışından yanacaq ocaq,Hər şey qayıdacaq ilkin rənginə,Güllər açılacaq gül dodağındanBu sənsən, inan...

Bir az mürgülüydüm, bir azca yorğunYüküm bir karvanın yüküydü amma.Hər gün dörd yanımda evlər ucalır,Mənimki quruca hörgüydü amma.O da ki, bir azca yerdən aşağı,Kirəmit gərəkməz, damı torpaqdan...Kimdi “təzə” evə köçməyə qoymur?Bu sənsən, inan...

Mən ki, istəyimin yazındaymışam,Nəymiş dünyamızı qəfil saraldan.Ürək soyuyanda nə fərqi varmışO mərmər sarayın torpaq saraydan.Bağla qapıları, kəs bu yolları,Həbs elə, buraxma məni yanından.Sirrini gəzirdim ölümsüzlüyün.Bu sənsən, inan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar