Girdim yarın bağçasına,Dedim dərdim gülə, gülə.Məm ona elə müştağam,Necə bülbül gülə, gülə.

Naşı bağban, satma gülü,Haramdı axçası, pulu,Küsdürdün şeyda bülbülü,Daha gəlməz gülə, gülə.

Qurbaniyəm, erməmişəm,Yar qəsrinə girməmişəm,Belə cəllad görməmişəm,Aldı canım gülə-gülə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq