Alçaq yerdən duman qalxar,Dağı dolana-dolana,Göy üzünü alar bulud,Mahı dolana-dolana.

Kimi ağa, kimi nökər,Nökər olan cəfa çəkər,Bülbül ağlar, qan-yaş tökər,Bağı dolana-dolana.

Qurbani murada yetdi,Canan gəldi, burdan ötdü,Nobat gəldi, mana yetdi.Saqi dolana-dolana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq