Selləni
Gecə-gündüz, vaxtı-bivaxt ağlaram,Çeşmim yaşı Ceyhun olu, selləni.Yaz mövsümü bülbül dil-dil ötəndə,Bağ-bağçalar nərgizləni, gülləni.
Qayıtmaq istəməz gözüm gözəldən,Qayğımı artırar dərdim təzəldən,Ellərdə qaydadı rui-əzəldən,Gözəllərin şamaması əlləni.
Mərd odu ki, işin tuta mərdilən,Ər istəsən, keç namərddən, ər dilən,Rəmz anlayan, söz düşünən, dərd bilən,Aləmlərdə şöhrətləni, bəlləni.
Könlüm tələb edib, axtara yarın,Xalq içrə hifz elər namusun, arın,Yar yarma gündə olsa məqarun,Könülü şən olu, ruhu telləni.
Qurbaniyəm, dərd çəkmişəm nahanlar,Xəyalım sevməkdi sən tək cananlar,Yanaşsa üzünə müştaq dəhanlar,Nəfəs dəyər, cığaları yelləni.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-selleni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bağ arası sular daşar,Qönçə güllər pıçıldaşar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,