Varmı mənim kimi bir qanı dolmuş,Eyşin qurmuş otağında saqinin.Çahar zülfü bir-birinə vuruluQanlar oynar buxarında saqinin.

Ay ilə gün bir-birinə çatılı,Sevdiciyim yağnan bala qatılı,Doğram-doğram olub gözə tutulu,Qara bağrım bıçağmda saqinin.

Humay kimi dövr elərəm havada,Babam öldü, yetim qaldım yuvada,Bir əli əllərdə, ağzı duada,Bir əli də ayağında1 saqinin.

Qurbani der: bu dərd mənə qalınca,Canım çıxıb yar xətrini alınca,Payız gecələri sabah olunca,Çeşmim yağı çırağmda saqinin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq