Durum dolanım başına,Aşiqindən küsən dilbər!Gözlərini dik gözümə,Nə mən dinim, nə sən dilbər!

Mina qəddin zəbərcəddi,Nə desən cana minnətdi,El köçüb, otaq xəlvətdi,Gəlsin alam busən, dilbər!

İtirmişəm maralımı,Bir sinəsi yaralımı,Gündüz səbri qəralımı,Gecə yuxum kəsən dilbər!

Qurbani özünə bəydi,Yar həsrəti qəddim əydi,Nə dedim xətrinə dəydi,Bu mən dilbər, bu sən dilbər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq