Laf eyləmə felli dərviş,Belə kar eyləmək olmaz.Yıxıban könlüm eviniMurğuzar eyləmək olmaz.

Dərdini de bilənlərə,Dərd başına gələnlərə.Hər üzünə gülənlərəEtibar eyləmək olmaz.

Qurbaniyə verdin məzə,Dərdini artırdın yüzə.Dərd biləni dərdbilməzəGiriftar eyləmək olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri