Bir dala
Əlif qəddin, bey qamətin, sey saçın,Necə bənzər hərf içində bir dala!Hər muyuva min gövhərdi tay saçın,Qəvvas olan yek dəryada bir dala!
Qəvvas olan dəryalara dalıbdı,Sərraf ləli qiymətində alıbdı.Çün bülbülü ara yerdə görübdü,Zağı görüb, dolanıbdı bir dala.
Süsənmisən, sünbülmüsən, yara, sən!Tiği alıb bağrım başın yarasan.Qurbani der: Canı verdin yara sən,Haçaq olur, biz də verək bir dala!?
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-bir-dala
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
DağlarZimistan dolanıb bahar çatanda,Al-yaşıl geyinib, bar olan dağlar.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.