Şairlik dəbdən düşüb...Bir yerə sığışmaz,qaragüruh,ruh...Bir yerə sığışmazürəklə kötək,daş ilə silahdaşduyğuyla uyğu!..Bu torpaq adalar insanla dolu,Bir ana döşündə beş milyard zəli.Torpaqdan sorulan torpağa dönürŞairlər torpağa dönmür deməli!..

Duyğudur, arzudur, ruhdur qidası,Doğuşu, ölümü dilindən gəlir.İnsanlar torpağın yetirməsisəŞairlər Allahın belindən gəlir.

Allah balasını Şeytan istəməz,Yalnız duyanadır şairin ərkiZülmdən, zülmətdən qorxmayan ilhamŞeytan ocağından düşər didərgin.

Dilimdə dolaşsa həqiqət ölür,Ölüm də şairin bir sualıdır

Harda ki, əyrilər doğruya gülür,Ora cəhənnəmin filialıdır!

Hətta cəlladdan da mərhəmət gözlər,Könlünü qızdırmaz parçadan çiçək.Dünyanı yerindən oynadan sözlər,Soyuq ürəklərə çiliklənəcək!

Çəkib silahını getdi ordular,Ancaq pozulmazdı şerin söz səfi!Dünya yaranandan iki hədəf var:Güllənin hədəfi, sözün hədəfi!..

Şeirsiz, işıqsızdarıxır ürək!Şeirdən könlümə gur işıq düşür...Şairin haqq yolu unudulantəkDünyanın işləri dolaşıq düşür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq