Bəxtiyar Vahabzadəyə

Arazın tikanlı məftillərdənsıyrılıb çıxdığı yerdəÜzü cənuba“Qardaş!” harayı ağzında donmuşbir şair heykəli qoymasainsafı yoxdur bu millətin!

İnsafı yoxdur bu millətinyaddan çıxarsa əgərbu gün meydanları silkələyən“millət”, “azadlıq” sözlərininə vaxtsa şairlərin ehtiyatlıpıçıltısından öyrəndiyini.

İnsafı yoxdu bu millətinBirdən çaşıb unutsa“xəlqi oyadan əfqanları”,Əsr-əsr sözlə körüklənənsoyuq qanları,

“Dana” başlarda “danə” başı görənləriDüşməni qılıncdan əvvəlsözlə öldürənləri?“Ağıllı dəliləri”Ürəyindən qan gedən gülməliləri!

...Vətəndən sürülənÜmidi qəbir divarlarına hörülən,Dərdi dünyanın belini öyən,Özü əyilməyən ərlərBu gün unudulsa əgər!Bir mahnıda deyilən kimi“yaşamaq nəyə dəyər!..”

Bir şair heykəli!..Araz qırağında... üzü güneyədilində “qardaş” harayı,“Vətən”, “Birlik” nidası!Dünyanın ən uzun ömürlüheykəllərişair heykəlləridiQorxunuz olmasın!Başı buludlara dirənən,Yurdun hər yerindən görünən,Qolları Arazla Kür kimi...Canlı olsun,ürəyi döyünür kimi!

Bütöv bir qayada yonun heykəli,Adsız-ünvansız,Bir aşiq heykəli,çünun heykəli.Çəksin könlümüzdən bu dərdi-səri,toplasın, qoy olsun qəmin heykəli.Bu qayaya dönən kimdi, – sorsalarBir ağızdan deyək:“Mənim heykəlim!..”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən