Sevimli dirijorumuzNiyaziyə ithaf edirəm

Şəhər təngiyirdi bulud içində,Günəşə həsrətdi dumanlı London.Hovent Harden zalı sükut içində,Sən bir qartal kimi səhnəyə qondun.Kral orkestri əmrə müntəzir,Əllərin aramla qalxır havaya.Məxmər lojalarda pıçıltı gəzir,Bəlkə də heç səni almırlar saya.Lordların, serlərin gözü bərəlmiş,Səhnəyə buz yağır baxışlarından.“Londona Bakıdan dirijor gəlmiş,Bakıdan – mazut, neft diyarından?Ağla sığışmayır, ha beynini yor,Onların çaldığı tütək, nağara.Kral orkestri, şərqli dirijor,Hovent Harden hara, müsəlman hara?Motsart bu səhnədə çalıb bir zaman,Ştraus qəlblərə olubdur hakim.Dahi Toskaninin, böyük KarayanÇıxdığı o pulta gör kim çıxır, kim?Yəqin əl-qol atıb düşəcək yerə,Səhnədən çıxacaq o, kor-peşiman.Qəzetlər hərisdir bu cür xəbərə,Müxbirlər indidən yazır çox güman:“Ruslar geri qalmış bir əyalətdənDirijor göndərib Hovent Hardenə.Elə uzaqdır ki, böyük sənətdənOrkestr ağladı onun dərdinə.Bizim ingilislər qonaqpərəstdir...Fitə basmadılar yaxşı ki, onu.Yerdən söz atdılar: “Çalmayın bəsdir”.Durub tərk etdilər bir-bir salonu” –

Belə düşündükcə lordlar qımışır,Ledilər ürəkdən acıyır sənə.Əllərin qalxdıqca orkestr coşur,Notlar dəniz olub axır sinənə.Süzülür səhnəyə, qovuşur zala,Hamı nəfəsini qısıb dinləyir.Pensne gözlərdən düşür az qala,Ledilər, ağalar susub dinləyir.Coşur valtornlar, violençellər,Sola çevrilirsən, sağa dönürsən.Qartal qanadıtək açılır əllər,Böyüyüb, böyüyüb dağa dönürsən.Yrəkdir alışan pultun dalında,Zalı atəşiylə yandırıb yaxır.Yaman çaşbaş qalıb öz sualında,Cənablar səhnəyə heyrətlə baxır.Biri acı yeyib, sanki biri şor:“Bu necə insandır, bu necə tufan?Deyəsən Londona cənab dirijorBizə dağ çəkməyə gəlib Bakıdan”.Burda paytaxtımı görən tapılar,Göz dikdi xalqımın nur sərvətinəFatehlik fikrinə düşən ağalarDüşüb musiqinin əsarətinə.Biri övkələyib qızıl bantını,Bakıdan gətirib, əminəm, əminBir xanım gizlədib brilyantını,Bəlkə cehiziymiş bir vaxt nənəmin?Bir zalım ürəyi tutulsa dərdə,Bir vicdan oynasa, – bu hünərindir.Sən pultun dalında qalib sərkərdə,Kral orkestri əsgərlərindir.Çalınır “Koroğlu” uverturası,Cəngilər, nərələr bürüyür zalı.Serlərin, lordların çaşıb sırası,Gözlər dumanlıdır, başlar havalı.

Zalda vətənimi sevənlər də var,Daim səninlədir ruhu, nəfəsi.Qəlbində məhəbbət, əlində qabarSənə gül gətirib London fəhləsi.Sinən dəniz kimi enib-qabarır,Əlin qılınc kimi yarır havanı.Kral orkestri tufan qoparır,Salonda görürsən Azərbaycanı.Bura Araz gəlir, bura Kür axır,Min ildırım qopur, min şimşək çaxır,Sanırsan arxadan Şah dağı durmuş,Üzeyir əminin gözü burdadır.Anan Azərbaycan torpağı durmuş,Baban Koroğlunun özü burdadır.Bir elin ürəyi vurur sinəndə,Axır damarından vətən selləri.Pultun arxasında qalxıb-enən dəSənin əllərindir, xalqın əlləri,Salon aşıb-daşır, salon titrəyir,Bax, belə fatehlik yaraşır bizəŞekspir vətəni alqışlar deyirÜzeyir nəfəsli musiqimizə...Doğma musiqimin qaranquşusanGeydiyin dirijor paltarında sən.Hara sən aparsan, nəğmə daşısan,Orda qanadlanır, ucalar Vətən.Deyirlər Niyazi hər yanı gəzir,Dilində doğmadır o, yadların da.Demək, Azərbaycan dünyanı gəzirSənin o qaranquş qanadlarında.Sən pulta qalxanda min-min ürəyəNəğmə də bir axır, arzular da bir.Qəlbləri, əlləri birləşdirməyəƏllərin ən gözəl vasitəçidir.Sanki gözlərin də oxuyur sənin,Musiqi süzülür barmaqlarından.Nəğmədən yoğrulmuş ruhun, bədənin,Sinən musiqiylə dolu bir ümman...Deyirəm bir arzum, bir istəyim var:Yığılsın bir yerə bütün ordular.Toplar, topxanalar gəlsin o yerə,Gəlsin “qan-qan” deyən “sülh” deyən kəslər.Oğulsuz analar gəlsin o yerə,Gəlsin gözü korlar, əli şikəstlər.Matəm paltarında gəlinlər gəlsin,Qara kağızları gələnlər gəlsin.Nəhəng bir orkestr gəlsin ortaya,Xəbərdar etsinlər o gün hamını:Uyusun dənizlər, sussun daş, qaya.Niyazi çalacaq “Rast” muğamını.Qaldır çubuğunu, çağla o ki, var,Min ilin şimşəyi bir gündə çaxsın.Sinəsi yaralı bütün ağaclarÇubuğun ucunda havaya qalxsın.“Rast” tufan qoparsın, dili lallarınVicdanı dil açıb bu səsi anlar.Yüz-yüz döyüş görən generallarınAxsın gözlərindən tökdüyü qanlar.“Rast” üsyan qoparsın, nurlu əməllərÇalsın ölüm marşı bəd əməllərə.Ürəyin hökmüylə boşalsın əllər,Töksün silahları ordular yerə.Bəlkə qan tökən də dünyayla birgəBoğub boğazını qəhər, ağlasın.Oğulsuz qoyduğu anayla birgəAh-nalə qoparıb əsgər ağlasın.Dönsün yer kürəsi toya, mağaraÜrək musiqiylə qoy təslim olsun.Tüfəng qundaqları çalsın nağara,Raketlər əriyib sarı sim olsun...Bu, şirin arzudur, xəyaldır ancaq,Bəlkə dediyimtək bir gün olacaq.

Böyük salonları titrətmək üçün,Milyon ürəkləri fəth etmək üçünNə ordu lazımdır, nə top, nə tüfəng.Axı, insan hara, ölüm, qan, hara?Məhəbbət yaymaqçün bütün xalqlaraXalqa sənin kimi oğullar gərək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən