Bir cəbhəçi dostuma

Bilirəm, köksüylə cəbhələr yaranƏn cəsur, ən igid əsgər olmusan.Düşmənin başında tufan qoparanCəsarət olmusan, hünər olmusan.

Ən ağır döyüşə sən atılardın,Ən qabaq səngərdə yerin var idi.Ölümün cəngindən həyat alardın,Rəşadət dilində bir şüar idi.

Saçını güllələr daradı sənin,Hazırdın el üçün candan keçəsən.Mənim şöhrətimdir, nurlu dünənin,Ay keçmiş cəbhəçi, bu gün necəsən?

Bilmirəm ürəyin sınar, ya sınmaz,Məndən incisən də, deyim üzünə:Tanımaz olmusan, ay dost, tanımaz,Bu gün dəyişmisən özün-özünü.

Nə döyüş qorxusu, nə top səsi var,Bəs niyə bir azca qorxaq olmusan?Sizin idarənin bir rəisi var,Yanında titrəyən yarpaq olmusan.

Axı, daban döyüb o sən getdiyinCəbhəni kinoda görür, kinoda.Ölüm pəncəsindən xilas etdiyinMilyon adamların biridir o da.

Dünən daş səngərdən gələndə səsin,Hər gecə o, yumşaq yatağa girdi.Bant qoxuyanda odlu nəfəçsin,O, baxıb güzgüyə ətirlənirdi.

Dünən son qoyaraq elin yasına,Qorudun xalqını, məmləkətini.Sən qan bahasına, can bahasınaQorudun onun da səadətini.

Bunları anlamır, duymur o qansız,Elə bil anadan rəis doğulub.Yaşayır keyfi saz, ömrü tufansız,Bağlı kabinetdə cəngavər olub.

Sən ona yaralı köksünü göstər,Görsün kimdir layiq ada, şöhrətə.Səngərə şir kimi atılan əsgər,Quzu tək girirsən bu kabinetə.

Ona xoş görünmək xətrinə sənİndi göz yumursan əyriyə, pisə.Bal qatıb sözünün hər birinə sən,Tərif yeridirsən həmin rəisə.

Görürsən kiməsə ilişir dişi,Pozur qanunları, baxırsan mat-mat,“Axı, nə dərdimə özgənin işi?Yerim rahat olsun, başım salamat.

Cəbhəmi öyrədib həmin şüarı?De, necə vicdanın götürür indi?Dünən qoruduğun dövləti-varıO, yağlı quyruq təki ötürür indi.

Sən elə baxırsan dili, nitqi lal,Beləmi baxırdın yanan bir kəndə?“İgidliyə görə” aldığın medalƏriyib qəlpəyə dönür sinəndə.

Ay keçmiş cəbhəçi, kimə oldun tay,Mən ki, tanıyırdım əsgər tək səni.Qalxıb məzarından Mixaylo, Gəray,Hərbi tribunala çəkəcək səni.

Deyəcək: – Cavab ver öz keçmişinə,Cavab ver durduğun sıralara sən.Cavab ver güllələr dələn döşünə,Aldığın müqəddəs yaralara sən!

Süngü vuruşuna sən cərgə-cərgəAtılıb “qorxağa ölüm!” demisən.Sən ki, qorxaqlığı düşmənlə birgəMoskva altında güllələmisən.

Sən qorxaq olsaydın ana torpağıGünəş bürüməzdi, nur dolanmazdı.Sən qorxaq olsaydın, zəfər bayrağıBerlin üzərində dalğalanmazdı.

Həqiqət nəfəsli bir həyatdasan,Qorxarmı od-alov görmüş bir ürək?Özün döyüşçü tək ehtiyatdasan,Sənə ehtiyatlı olmaq nə gərək?

Səndən kömək umur iş yoldaşların,Cəbhəçi vicdanın pənahdır bizə,Barsız kötüklərin, karsız daşlarınKökünü üzməmək günahdır bizə.

Üzürük, kəsirik, yer təmizlənir,Ümmandır yaxşılar, damladır pislər.Harda ki, cəsarət, hünər gizlənir,Orda üzə çıxır zalım rəislər.

Ay keçmiş cəbhəçi, imtahan olsa,Mərdliyi sən bizə öyrətməlisən.Sabah yolumuzda bir tufan olsa,Yenə ilk sırada sən getməlisən.

Adında bir nəslin adı, şöşrəti,Qəlbində atəş var, bu torpaq üçün.Qoru odlar görmüş o cəsarəti.Dar gündə Vətəni qorumaq üçün.

Yaradan cəsarət, quran cəsarət,O qorxan gözlərə nizədir, nizə.Haqqın keşiyində duran cəsarətDöyüşkən əsgər tək vacibdir bizə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri