Ay gecikən məhəbbətim
İllər boyu səni gəzdim,Ay gecikən məhəbbətim!Getdi gənclik təravətim,Ay gecikən məhəbbətim!
Mən bir yanda sənə möhtac,Sən bir yanda gəzdin əlac.İki qəlbdə bir ehtiyac,Övladıyıq bir həsrətin,Ay gecikən məhəbbətim!
Saç ağartdım bu yollarda,Harda idin, söylə, harda?Bir yarpağam, son bahardaSaralıram yetim-yetim,Ay gecikən məhəbbətim!
Sən əzabsan, göz yaşısan,Bəxtimin son naxışısan,Bəlkə tale qarğışısan,Bəlkə də ilk səadətim,Ay gecikən məhəbbətim!
Ürəyimdə adın gəzər,Gizli ağrın – odun gəzər,Bir ilahi qadın gəzər,Son ümidim, son niyyətim,Ay gecikən məhəbbətim!
Gəl ki, sənsiz ürək bir daş,Poz qanunu, sədləri aş.Sevə-sevə öləydim kaş,Sən olaydın vəsiyyətim,Ay gecikən məhəbbətim!
Bir könül var əmanətdir,Acısı da şirin dərddir.Bir qadına xəyanətdir,Bir gözələ sədaqətim,Ay gecikən məhəbbətim!
Cəza varsa, verən gəlsin,Könlü hicran görən gəlsin.Məcnun gəlsin, Kərəm gəlsin,Desin nədir qəbahətim,Ay gecikən məhəbbətim!
Bir xəstəyəm, əlacım sən,Bir koram, əl ağacım sən,Görüşünə əl açım, sən, –Sən ol mənim son qismətim,Ay gecikən məhəbbətim!
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-ay-geciken-mehebbetim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay qızım, bu adı daşımaq çətinUlu nənənə də el Tomris deyib
Nəvəmin kötəkləriCan balam, bu işin nə gözəl işdir,Çıx sinəm üstünə, məni ayaqla.
Qəhrəman AzərbaycanımYenə var-dövlətin başından aşır,Şöhrətin dünyanı gəzib dolaşır,
Məhəbbət nəğməsiMübarəkdir dostluğun, sədaqətin bayramı!Polad kimi sarsılmaz bir dövlətin bayramı!
Başqa şairlərin şeirləri
Dostum yenə salam-dua göndərib,Xublar məclisindən namə gəlibdi.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,