Məhəbbət
Bir masanın arxasında ikimiz,Gələn gündən otururuq yanaşı.Neçə dostdan eşitmişik burda biz,Gör necə də bir-birinə yaraşır.
Ürəyimi açmasam da özünə,Təkcə onu düşünürəm, anıram.Bir gözaltı baxmaq üçün üzünə,Dəftərinə gizlincə boylanıram.
Bir oğlanı var,burda qazdan ayıqdır.Vızıldayır qulağıma arıtək:– Elə baxma, müəllimdən ayıbdır,Gəlsənə öz yerimizi dəyişək?
Yox, – deyirəm, – gözüm bura öyrəşib,Burda yaxşı eşidirəm dərsi mən.Görürəm ki, qız rahatca əyləşib,Gülümsəyir, –Razı qalıb sözümdən.
Qəlbimizin hər sevinci, hər qəmiDinməsək də, gözümüzdən oxunur.Mürəkkəbə batıranda qələmi,Əllərimiz bir-birinə toxunur.
Sevgi var ki, vurulasan uzaqdan,Sevdiyini ildə bir yol görəsən.Nə yamanmış nəfəsini duyasan,Ürəyini açmayasan ona sən.
Mən qızlarla danışıram ürəkdən,Hər biriylə zarafat da edirəm.Titrəyirəm görən kimi onu mən,Nitqim batır, dərin fikrə gedirəm.
O, çoxbilmiş oğlan görüb halımı,Göz də vurur: – Belə boyun bükərsən.Ürəyimdə deyirəm o zalıma:“Mən çəkəni sən də bir vaxt çəkərsən”.
Bəzən dərsdən axşamçağı tək gedir,İstəyirəm evlərinə ötürəm.Hansı qüvvə ürəyimi titrədir,Ancaq ona “sağ ol” deyib ötürəm.
Deməyin ki, nağıl açıb sevgidən,Unutmuşam nədir bilik, imtahan.Ya geciksəm, ya dərsimi bilməsəm,Hamıdan çox utanıram o qızdan.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-mehebbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ona vaxtsız əcəl vermədi aman,Yandı ulduz kimi tez batmaq üçün.
Nəvəm Tomrisə“Dövlətdə dəvədir, övladda nəvə”,Kim bunu deyibsə, ona mərhaba!..
Rudəkidən iqtibasBir cavan qocaya dedi: – Ay əmi,Az güldür özünə qızı, qarını.
Salam Asiya, Salam Afrika!Nəğmələrin dalğasında paytaxtım coşur,Dünya bura şəhər-şəhər düzülüb gəlir.
Başqa şairlərin şeirləri
Mərdümi-çeşmin qan ağlar,Xali-hindudan ayrılmış.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Qəzəl: Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıqTəkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq,Görən dir: xoş yaratmışdır dəhanında şəkərxalıq