İlk sevgi məktubları
Bu saralmış varaqlarGözümlə sığallanıb,Əlimlə əzizlənib.Sətirlər arasındaUşaqlığım gizlənib.Məhəbbətim gəzlənibSətirlər arasında.Ən zərif duyğularım,Ən yuxusuz günlərim,Ən şirin yuxularım,İlk sevgi məktubunda.
Baxıram əsə-əsə,İlk məhəbbət mənimləDurur nəfəs-nəfəsə.İlk “sevirəm” sözündənQəlbim indi də çağlar.Yavaş oxuyuram ki,Eşitməsin uşaqlar.
İlk sevgi məktublarıNecə doğmadır, necə.Elə bil görüşdəyəmSevgilimlə gizlicə.Dodağım pıçıldayır,Höccələyib çaşıram.Sətirlər arasındaİlk məhəbbətim qalır, –Ürəyimdə qalırmı?Sətirlər arasındaÖzümlə danışıram.Sətirlər arasındaSəmimiyyətim qalır,Uşaq ürəyi kimiTəmiz niyyətim qalır, –Ürəyimdə qalırmı?Sətirlər arasındaİlk məhəbbətim qalır, –Ürəyimdə qalırmı?Sətirlər arasındaDiqqət ver sözlərə sən“Ey eşqim, səadətim,Sənsiz yaşaram çətin”.Oxuduqca deyirəm;O, mənəmmi görəsən?Heyif ki, dəyişmişəm,Bu mən, o mən deyildirHeyif ki, o günlərimGeri dönən deyildir.Sətirlər arasındaBaşqa Tofiq dayanır.Toxunduqca nəfəsim,Eşqim od tutub yanır.Sətirlər arasındaGörüş yeri boylanır,Vida yeri boylanır.Bura nöqtələr düşüb,Gözümün qarasından.
Saçlarıma dən düşüb,Sətirlər arasında.Demirəm ki, çəkmirəmO günlərin qəmini,Demirəm ki, qaytarınCavanlıq aləmini.Çağırsan da qayıtmaz,Onu hara səsləyim? –Bircə dəfə verilmişƏziz nemətdi, paydı.Sətirlər arasındaQalan müqəddəsliyim.Xatirəm kimi uzaqPaklığım, təmizliyimKaş ki, məzara kimiÜrəyimdə qalaydı.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-ilk-sevgi-mektublari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevinci özündən oğurlayıb sən,Halalca payladın hər xeyir işə.
Əmim İslamın xatirəsinəŞeir xiridarı, söz aləmiydin,İlk dəfə əlimdən tutan sən oldun.
Burda bir insan yatırBurda bir insan yatır,Ləyaqətli bir ağa.
Toy məclisindəBarmaqlar, qulaqlar qiymətli qaş-daş,Süzülüb ortalıqda yallı gedir o.
Başqa şairlərin şeirləri
Qar gedər, yer açılar,Göydən yağış saçılar,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"