Salam Asiya, Salam Afrika!
Nəğmələrin dalğasında paytaxtım coşur,Dünya bura şəhər-şəhər düzülüb gəlir.Qanqın gümüş dalğaları Kürlə qovuşur,Nil Arazın yaxasına süzülüb gəlir.
Günəş kimi təmiz olsun eşqiniz, dostlar,Qəlbiniz işıq saçsın azadlıq deyə.Şeir, sənət məclisində bu gün siz dostlar,Həqiqəti bayraq kimi qaldırın göyə.
Könlümüzdə təlatümlü alqış dənizi,Sizə odlu kəlmələrdən gül bağlayırıq.Xəzər kimi geniş açıb öz sinəmiziAfrikanı, Asiyanı qucaqlayırıq.
Qonaq sevən duz-çörəkli odlar diyarı,Məhəbbətlə, hərarətlə salamlar sizi.Salam, uzaq Vyetnamın mərd oğulları,Mən öpürəm silah tutan əllərinizi!
Bakı-Hanoy ayrılmazdır bir-birindən,Mən sizləri öz köksümdə duyuram dostlar.O torpağın qan süzülən yarasına mən.Ürəyimi məlhəm kimi qoyuram, dostlar.
Zənci qardaş, gözüm üstə yerin var, yerin,Qəlbimdədir, dilimdədir, yazdığın şeir.Zəncirləri parçalayan o tunc əllərinAzadlığa dastan qoşur, nəğmələr deyir.
Qoy susdursun mərmiləri söz vuruşları,Məhkumluğa ölüm yazaq söz gülləsilə.Siz ey sülhün, azadlığın qaranquşları,Qoy ürəklər qanadlansın nəğmə səsilə!
Afrikanın qüdrəti var qələminizdə,Asiyanın səsi sizdə, sözü sizdədir.Lumumbanın gözlərinin işığı sizdə,Lumumbanın hərarəti qəlbinizdədir.
Ürəyimlə, varlığımla sizə bağlıyam,Qəlbiniz iti olsun, səsiniz mətin.Mən azadlıq nəğməkarı, həyat oğluyam,Sabahına inanıram hər bir millətin.
Könlümüzdə təlatümlü alqış dənizi,Sizə odlu kəlmələrdən gül bağlayırıq.Xəzər kimi geniş açıb öz sinəmizi,Afrikanı, Asiyanı qucaqlayırıq.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-salam-asiya-salam-afrika
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
AnasızSən yaşda anasız qalmasın heç kim,Ey ağlı kəsməyən körpə namikim!
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,