M.Ə. Sabirin məzarı üstündə
İlk dəfə gəlmişəm məzarın üstə,Dağıtdım nigaran bir həsrətimi.Dilim dinc durmadı, bağışla, ustad,Səninlə danışmaq cəsarətimi.
Son gedəndən bəri çox sular axıb,Ömrümüz bir kökdə dayanmayıbdır.O vaxt yatanların ayılıb çoxu,Neçəsi hələ də oyanmayıbdır.
Burda sınır vüqar, qırılır qürur –Öyrənə bilmədik səndən yanmağı,Eh, odsuz adamlar qəlbə od vurur,Mürgülü gözlər də bizə göz dağı...
Duma uça-uça yatır deyirlər,Var əl vura-vura yatanlarımız.Kişilik adını hələ nə qədərNamərdlik möhrüylə satanlarımız...
Sallanıb vəzifə budaqlarındanYatırlar, kor olmuş yarasadırlar.
Qeyrətli söz çıxmaz dodaqlarından –Söz düşsə arvaddan Araza qədər.
Yatırlar gündüzün boş işığında,Doğruyla yalanın, düzlə əyrinin,Arzuyla taleyin barışığında...
Çoxunun dəyişib nimdaş libası,Köhnə ürəyisə dəyişməyibdir.Baxırsan, elə bil, igid babasıBunun taleyiyçün döyüşməyibdir.
Onlar nə dil qanır, nə hörmət qanır,İnamları varsa – dövlətdir, vardır.Babamın qılıncla qazandığınıOnlar bir busəyə uduzanlardır.
Atalar sözünün yalanı olmur;“Kor olar el üçün ağlayan gözlər”.Deyirəm, bəs niyə oda tutulmur,Gündə yüz ürəyi dağlayan gözlər...
Yeyib qudurdular “zülmətsevərlər”,Xalq malı bunların arpası kimi.Vətənin çiynindən asılıb onlar,Köhnəlmiş dilənçi torbası kimi...
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-m-e-sabirin-mezari-ustunde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səni gözləyirəm günlər uzunu,Saatlar uzunu, anlar uzunu!
Yenə də tək qoyub gedirəm səniYenə də tək qoyub gedirəm səni,Soyuq divarların arxasında tək...
“Xoşbəxt ol” söylədin“Xoşbəxt ol!” söylədin, “ayrılaq daha”Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Belə yaşayıramNə isə çatışmır xoşbəxtlik üçünGör nələr ummuşam “nə isələrdən”.
Başqa şairlərin şeirləri
Dəst pədərəm babat,Bürid və kərdə mat,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.