“Xoşbəxt ol!” söylədin, “ayrılaq daha”Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?Sənsiz ömür sürüb xoşbəxt olmağaDünyaya təzədən gələcəyəmmi?

“Xoşbəxt ol!”Səsindir qulaqlarımda...Addım səslərin də belə deyirdi.Sən çıxıb gedirdin, ayağın altdaÜrəyim səssizcə inildəyirdi.

Son dəfə üzünə qoy baxım ki mən,Göylərdən bir ulduz axacaq indi.“Xoşbəxt ol!” söylədin,dedin ürəkdən,Xoşbəxtlik əlimdən çıxacaq indi!

Soyuq ayrılıqdır üstümdən əsən,Baharmı, payızmı-hamısı birdi.“Xoşbəxt ol!” söylədin,məgər bilmirsənBu sözdə bəxtimi dəfn eləyirdin...

29.I.1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri