Gör harda açıldı sözün düyünü,Gör harda alışdı çatdığım ocaq,Bu çətin yollarla, ay ömrüm-günüm,Sənin görüşünə gəlmişəm ancaq...

Bəxtimtək açıldı isti qolların,Ən xoş etirafın-dilindəki ah,Adlayıb illəri, yorub yollarıSənin görüşünə gəlmişəm ancaq!

Mənə “varım” dedin, “varlığım” dedin,Bu sözlər zirvəmə sancılan bayraq.Xoşbəxt baxışınla sən də söylədin:“Sənin görüşünə gəlmişəm ancaq”.

Qoy sonu olmasın bu günümüzün,Sevinc qapısını taybatay açaq,Qopmasın ürəyin, dolmasın gözün,Sənin görüşünə gəlmişəm ancaq!..

Getsən də arxanca uçan qanadam,Gəzəcək dalınca bu susmaz soraq,Mənə elə gəlir bu həyata daSənin görüşünə gəlmişəm ancaq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri