Gözəllik ilahəsi ilə görüş
Sənin bu ilahi gözəlliyinə,Dünya min illərdi baxır heyrətlə.Qocalar, cavanlar baş əyir sənə,Baş əyir cavabsız bir məhəbbətlə.
Elə bil hamıya səndən pay düşür,Sənsə biganəsən, soyuqsan qəsdən.Gözlərin zillənib uzaq keçmişəSənə baxanların başının üstdən.
Tamahkar baxışlar öpür sinəndən,Kimin qismətidi-milyonlar yetir?Ağ mərmər dönən ilahi bədənHər gələn kişinin qoynunda gedir.
İştahlar cəlladı-ulu vüqarınKimə yumşalıbdı? Duyan olmayıb.Sinəndən dikələn ağ butalarınHələ ki ətrindən doyan olmayıb.
Dünya bəxtəvərdi bu sözsüz nazdan,Daşda da qadınsan. Əsir min ürək.Elə soyunmusan ilk ehtirasdanÜç min il yadına düşmür geyinmək...
Gözəllər gəlirlər öz ərləriylə,Darıxma, önündə tez sınacaqlar.Öz canlı, vulkanlı bədənləriyləSoyuq mərmərə də qısqanacaqlar.
İncimə, qoy mən də sözümü deyim,Hər şey tutqunlaşıb gözümdə nədən?Mənim əzəl gündən qızmır ürəyimHamıya paylanan gözəlliklərdən...
Hanı çit paltarlı Veneralarım,Gözümdə heykəltək qalan onlardı.Pambıq tarlasından, üzüm bağından,Qadın ismətindən, el qınağındanÇıxa bilsəydilər, istəsəydilər,Sənin gözəlliyin yalan olardı...
Köhnə tanış kimi baxıram sənəGöyəmi bağlısan, yerə bilmirsən...Elə vurulmusan gözəlliyinə.Səndən gözəlləri görə bilmirsən.
5.VI.1982
Mənim üçün Gündoğan sevgisi Ana sevgisi kimi ölçüsüz, müqayisəsiz, əvvəli-sonu olmayan bir möcüzədir. Ömrün başlanğıcı Anasa, dünyanın başlanğıcı Gündoğandır – sanmışam; bütün yollar, bütün arzular oradan başlanır, deməli, bütün sirlərin açarı da ordadı – düşünmüşəm. Bu çözələnən yumağın ucu hardadı, bu tarix çayı hansı mənbədən başlanır? İstər-istəməz üzüm Gündoğana çevrilib. İnsan işığa boy atıbsa, işıqdan doğulubsa, Günəşin dalınca düşüb gəlibsə Bəşər kitabının ilk səhifəsi də ordadır. Həmişə də o ilk səhifəyə can atmışam. Günəş diliylə, Günəş əlifbasıyla yazılan bu kitabın mənimlə danışacağına, mənə sirr verəcəyinə inanmışam.
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-gozellik-ilahesi-ile-gorus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Allahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Tovhiddürür bu bir qəsidəTovhiddürür bu bir qəsidə**Afərin, ey maliki-mülki-cəhan, səd afərin,
AyağınaQartallar qıy vurmur, dönüb zamana,Fələk yaxşı fürsət verdi yamana.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,