Səni gözləyirəm
Səni gözləyirəm günlər uzunu,Saatlar uzunu, anlar uzunu!
Zaman da daş kimi donub yerində,Buludlar ötüşmür, küləklər əsmir.Ayrılıq hökm edir yer üzərindəMən günü qovsam da günlər tələsmir.
Kədər karvanıdıömürdən gedən,Dünyanın dağında, düzündə həsrət.Tək məni ayrılıq üzürsənədənBütün adamların gözündə həsrət.
Yollar şahidimtək durur üzümə,Deyir ki, axtarma, arama, anma!Onu mən apardım, mən qaytararam,Sənə yanmayana sən belə yanma!
Səni gözləyirəm, səni, tək səni,Ağaclar çiçəyi gözləyən kimi.Məhbus azadlığın ilk səhərini,Dünya gələcəyi gözləyən kimi...
Baxışım döşənib uzaq yollara,Min gedənə dözür bir gələn üçün.Ən uzaq ayrılıq ağrılarındanÜmid zirvəsitək yüksələn üçün.
Bəlkə gələcəksən günün birində,Bəlkə də heç zaman gəlməyəcəksən.Sənin həsrətin də xoşbəxtlik imiş,Sən bu xoşbəxtliyi bilməyəcəksən...
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-seni-gozleyirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Tökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmiş,Pərişanlıq görüb badi-səbadən tündxulənmiş.
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
MəniQəza qırdı şikarımı tüyürdən,Qədər mindiribdi yad ələ məni.