Naxçıvandan Hüseyn Cavidin məqbərəsinin açılışından qayıdarkən təyyarədə bu münasibətlə hərə bir bənd deməliydi. Mən də dedim:

Ulu Turan – ulu niyyətHaqqa vara bəşəriyyətUçuş yerin əbədiyyət –Mərmərləşən qanadsanmı?

Sarı şeytan öldü, dədə,Zaman mənə “gül” demədə,Türkün atı kişnəmədə,At üstündə muradsanmı?

Bir ulusun toyu, yaşı –Tanrıdan alnımda yazı.Mələklə şeytan arası –Hər sözü kainatsanmı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq