Çiçəklər baharın dilini öyrənir,arılar çiçəklərin.Yollar yoxuşların dilini öyrənir,dalğalar küləklərin.Dil öyrədir – gün aya,yağış yerə bilirəm.Kəndə torpaq dilindənimtahana gəlirəm.Xəzan dili, qar dili –Payızın, qışın barıBu dilləri bilməsəkBiz də lal-kar olarıq.

İldırım buludun dilini öyrənir,Gəmilər dənizin.Ayrılığın diliniÖyrənirəm, əzizim.Aramızda dənizlər,çaylar, meşələr, dağlar.Dünyanın üçdə biri –ağla gətirmək çətin.Gəlmişəm uzaq eldənöz dilində soruşam.Görüm ki, nə istəyirMəndən sənin həsrətin...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar