Dünyada xoşbəxtlik yaşayır
Dünyada xoşbəxtlik gəzir, dolanır,Döyür qapıları, evlərə girir.Qonur yanaqlara, gözlərdə yanır,Hardasa bir qızın saçını hörür.Xoşbəxtlik yaşayır bu yer üzündə,Baharda çöllərə xoşbəxtlik yağır,Xoşbəxtlik yaşadır güllər özündə,Uşaqlar çöllərdən xoşbəxtlik yığır.Xoşbəxtlik baxmayır fəsilə, vaxta,Qışda qara dönər, ələnər, yaşar.Bir evə körpəylə gələr qucaqda,Bir əlcə qundaqda bələnər, yaşar.Dünyada xoşbəxtlik yaşayır, bəli,Qonşuluq eləyir kədərlə, qəmlə,Bəlkə də hamıya çatmayır əli.Xoşbəxt olmağa da tələsmirəm mən,Nə bilim, bəlkə də o, bilə-biləXoşbəxt eləməyir hamını birdən.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-dunyada-xosbextlik-yasayir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Günəş işığını əndərər yerə,Cücərən otların üzünə vurmaz.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
YoxduQəm, qüssəm başımdan aşıb,Mən tək dərddə qalan yoxdu.
Vurub dün bərgi-gül həmrənglik lafın dodağiləVurub dün bərgi-gül həmrənglik lafın dodağilə,Səba torpağə salmış, hər yetən tapdar ayağilə.