Qəm, qüssəm başımdan aşıb,Mən tək dərddə qalan yoxdu.Ah çəkməkden bağnm bişib,Bircə yada salan yoxdu.

Necə baxım ev-eşiyə,Yaralı könlüm üşüyə,Toz bürümüş boş beşiyəŞirin layla çalan yoxdu.

Çənlibeidə qar görünür,Güllər mənə xar görünür,Günüm ahu-zar görünürBir qaydıma qalan yoxdu.

Sənə deyim ər Koroğiu,Kəsirsən dağlarda yolu.Bir çarə söyle, nə olu?Dərdə çarə qılan yoxdu.

Dəlilər sapa düzülər,Əlim-əlindən üzülər,Bağman ölso, bağ pozular,Mən tək gülü solan yoxdu.

Çənlibeli güllər bəzər,Güllər saralsa kim üzər?Hər quş balasıynan gəzor,Niyo sənin balan yoxdu?

Koroğlusan, hay salarsan,Paşalardan bac alarsan,Neçə şəhərlər talarsan,Sən tək şəhri talan yoxdu.

Nə dərd olsa, meni tapar,Sonsuzluq bir yanım çapar.Yanlğan uçar, toz qopar,Görərsən ki, qalan yoxdu.

Nigan dərde gətirən,Cəsədin qəbıə yetiıən,Koroğlu namın götüıən,Yurdunda son olan yoxdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dirsə xan oğlı Buğac xan boyını bəyan edər

DİRSƏ XAN OĞLI BUĞAC XAN BOYINI BƏYAN EDƏR, XANIM, HEY!**Bir gün Qamğan oğlı xan Baymdır yerindən durmışdı. Şami günlügi yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıçası döşənmişdi.

16 dəq
Salur Qazanın evi yağmalandığı boyı bəyan edər

Bir gün Ulaş oğlı, Tulu quşun yavnsı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti,qalmış yigit arxası Salur Qazan yerindən durmışdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurılmışdı. Altun ayaq sürahilər düzilmişdi. Doquz qara gözlü, xub yüzlü, saçı ardına örilü, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafir qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi.İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın itisi çıqdı. Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm anlan bəglər, sözüm dinlən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı; yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!” Qıyan Selcük oğlu Dəlü Dondar aydır: “Bəli, xan Qazan, məsləhətdir”. Qaragünə oğlı Qarabudaq aydır: “Ağam Qazan, məsləhətdir”.

18 dəq
Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər

QAM BÖRƏNİN OĞLI BAMSI BEYRƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY...Qam Gan oğlı xan Baymdır yerindən durmışdı. Qara yerin üstinə ağ ban evin dikdirmişdi. Ala sayvan gög yüzinə

33 dəq
Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər

QAZAN BƏG OĞLI URUZ BƏGİN TUTSAQ OLDIĞI BOYI BƏYAN EDƏR, XANIM, HEY!Bir gün Ulaş oğlı Qazan bəg yerindən durmışdı. Qara yerin üzərinə otaxlarm tikdirmişdi. Bin yerdə ipək xalıcası döşətmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Doqsan tümən gənc oğuz söhbətinə dərilmişdi. Ağzı böyük xümrələr ortalığa salınmışdı. Doquz yerdə badyalar qurılmışdı. Altun ayaq, surahilər dizilmişdi. Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. Hər birindən Ulaş oğlı Salur Qazan içmüşdi. Çırğab-çırğab çadır, otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlardı. Oğlı Uruz qarşusında yay söykənib durardı. Sağ yanında qardaşı Qaragünə oturmışdı. Sol yanında dayısı Aruz oturmışdı.

19 dəq

Başqa şairlərin şeirləri · Təbiət və bahar