Binadan gözəl olmayanTelin qədrini nə bilər,Çöldə gəzən boz sərçələrGülün qədrini nə bilər.

Kal qoşub kotan əkməyən,Nanın süfrəyə tökməyən,Arının qəhrini çəkməyənBalın qədrini nə bilər?

Utan, qoç Koroğlu, ytan,Dağların damənin tutanSənin kimi başa çatan,Elin qədrini nə bilər?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Alı kişi

Alı kişi neçə illər Həsən xana ilxı otarıb ömrünü, gününü onun qapısında çürüdüb, saqqalını ağartmışdı. O, hər gün səhər dan yeri ağaranda ilxını haylar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. Tay dağlarda, daşlarda kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir yer yox idi. Yenə də bir gün Alı kişi ilxını sürüb dərya qırağına aparmışdı. Atlar dəryanın qırağındakı otlaqda otlayırdılar. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Qoca ilxıçı bir də baxdı ki, budu dəryadan iki at çıxdı. Alı kişi dərya atı olmağını eşitmişdi, amma heç görməmişdi. Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşırladı. Amma bu barədə heç kəsə bir söz demədi. Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb, madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki, vədə tamam oldu, Alı kişi tay madyanların yanından əl çəkmədi. Ta o qədər gözlədi ki, axırda madyanlar doğdu. Alı kişi tamam-kamal iki il dayları bəslədi. Tay az qalırdı ki, gözünün yağını onlara yedirtsin. Bəli, daylar böyüyüb iki yaşar oldular. Bir gün Həsən xanın evinə bir paşa dostu qonaq gəlmişdi. Həsən xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi:– Həsən xan, eşitmişəm sənin qəşəng, cins atların var, gərək ilxından mənə iki ayğırlıq at verəsən.

16 dəq
Koroğluynan Dəli Həsən

Günlərin bir günü Koroğlu Qırat minib Çənlibelin ətəyindəki yola çıxmışdı.Bir də baxdı budu, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. Amma atlıların qabağında bir oğlan gəlir ki, dünyalara dəyər.

6 dəq
Koroğlunun İstanbul səfəri

Koroğlu Dəli Həsənlə arxa-arxaya verib Çənlibeldə yurd-yuva salmışdı.Tay iş gəlib o yerə çatmışdı ki, Çənlibelin həndəvərindən bir karvan da keçə bilmirdi. Koroğlunun adı bütün aləmə yayılmışdı.

23 dəq
Aşıq Cünun

Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi. Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib atı dağdan aşağıya buraxdı. Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı. Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı. Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi. Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin. O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur. Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi:Gəl sənə söyləyim, bəzirganbaşı,

4 dəq

Başqa şairlərin şeirləri