Səhifə 1 / 3

Bir gün Ulaş oğlı, Tulu quşun yavnsı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti,qalmış yigit arxası Salur Qazan yerindən durmışdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurılmışdı. Altun ayaq sürahilər düzilmişdi. Doquz qara gözlü, xub yüzlü, saçı ardına örilü, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafir qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi.
İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın itisi çıqdı. Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm anlan bəglər, sözüm dinlən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı; yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!” Qıyan Selcük oğlu Dəlü Dondar aydır: “Bəli, xan Qazan, məsləhətdir”. Qaragünə oğlı Qarabudaq aydır: “Ağam Qazan, məsləhətdir”.
Anlar eylə digəc At ağızlu Aruz qoca iki dizinin üstinə çökdi, aydır: “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?”
Qazan aydır: “Üç yüz yigidlən oğlum Uruz mənim evim üstinə dursun!” - dedi. Qonur atın çəkdirdi, butun bindi. Təpəl-qaşqa ayqırma Dondar bindi. Gög bədəvisin tutdurdı, Qazan bəgin qarındaşı Qaragünə bindi. Ağ bədəvisin çəkdirdi. Bayındır xanın yağısın basan Şir Şəmsəddin bindi. Barasarın Bayburd hasarından parlayub uçan Beyrək Boz ayğırına bindi. Qonur atlu Qazana “keşiş” deyən bəg Yegnək Turı ayğırına bindi. Saya varsam, dükənsə olmaz, Qalın Oğuz bəgləri bindi. Ala dağa ala ləşkər ava çıqdı. Kafirin casusı casusladı, vardı kafirlər azğunı Şökli Məlikə xəbər verdi. Yedi bin qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü din düşməni, alaca atlu kafir bindi yılğadı, dün bucuğında Qazan bəgin ordusına gəldi. Altun ban evlərin kafirlər çapdılar. Qaza bənzər qızı-gəlini çığınşdırdılar. Tövlə-tövlə şahbaz atlarını bindilər. Qatar-qatar qızıl dəvələrini yetdilər. Ağır xəzinəsini, bol aqçasını yağmaladılar. Qırq incə bellü qızla Boyı uzun Burla xatun yesir getdi. Qazan bəyin qarıcıq olmış anası qara dəvə boynında asılu getdi. Xan Qazanın oğlı Uruz bəg üç yüz yigidlən əli bağlu, boynı bağlu getdi. İlək qoca oğlı Saru Qalmaş Qazan bəgin evi üzərinə şəhid oldı. Qazanın bu işlərdən xəbəri yoq.
Kafir aydır: “Bəglər, Qazanın tövlə-tövlə şahbaz atlarını binmişüz, altun-aqçasını yağmalamışuz, qırq yigidlən oğlı Uruzı dutsaq etmişüz, qatar-qatar dəvələrini yetmişüz, qırq incə bellü qızlan Qazanın halalını tutmışuz; bu hayıfları biz Qazana etmişüz”, - dedi.
Kafirin biri aydır: “Qazan bəgdə bir hayfımız qaldı”.
Şöklü Məlik aydır: “Mərə aznavur, nə hayfımız qaldı?” Kafir aydır: “Qazanın qapulu Dərvənddə on bin qoyum vardır. Şol qoyunları dəxi götürsək, Qazana ulu heyf edərdik,” - dedi. Şöklü Məlik aydır: “Altı yüz kafir varsun, qoyum gətürsin!” - dedi.
Altı yüz kafir atlandı, qoyunun üzərinə alqar vardı. Gecə yatırkən Qaracıq çoban qara qayğulu vaqiə gördi. Vaqiəsindən sərmərdi uru durdı. Qıyan güci, Dəmir güci - bu iki qardaşı yanına aldı, ağılın qapusını bərkitdi. Üç yerdə dəpə kibi daş yığdı, ala qollu sapanın əlinə aldı.
Nagahandan Qaracıq çobanın üzərinə altı yüz kafir qoyıldı. Kafir aydır:
Qaranqu axşam olanda qayğulu çoban,
Qarla yağmur yağanda çaqmaqlu çoban,
Südi-peniri bol qaymaqlu çoban!
Qazan bəgün dünlügi altun ban evlərini biz yıqmışuz.
Tövlə-tövlə şahbaz atlarını biz binmişüz.
Qatar-qatar qızıl dəvəsini biz yetmişüz.
Qarıcıq anasını biz gətirmişüz.
Ağır xəzinə, bol aqçasını biz yağmalamışuz.
Qaza bənzər qızı-gəlini biz yesir etmişüz.
Qırq yigidlən Qazanın oğlını biz gətürmişüz.
Qırq incə bellü qızla Qazanın halalını biz gətürmişüz.
Bərə çoban, irağından-yaqınından bərü gəlgil!
Baş endirüb bağır basğıl!
Biz kafirə salam vergil!
Öldürməyəlim, Şökli Məlikə səni ilətəlüm,
Sana bəglik alı verəlim!
Çoban aydır:
İlaqırdı söyləmə, mərə itüm kafir!
İtümlə bir yalaqda yundım içən azğun kafir!
Altındağı alaca atın nə ögərsin,
Ala başlu keçimcə gəlməz mana!
Başmdağı tuğulğanı nə ögərsən, mərə kafir,
Başımdağı börkümcə gəlməz mana!
Altmış tutam göndərini nə ögərsin, murdar kafir,
Qızılcıq dəgənəgimcə gəlməz mana!
Qılıcunı nə ögərsən, mərə kafir,
Əgri başlu çovkanımca gəlməz mana!
Biləgündə doqsan oqun nə ögərsən, mərə kafir.
Ala qollu sapanımca gəlməz mana!
İrağından-yaqınından bərü gəlgil!
Yigitlərin zərbini görgil, andan ötgil!

  • dedi. Bitəkəllüf kafirlər at dəpdilər, ox səpdilər. Ərənlər əvrəni Qaracuq çoban sapanının ayasına daş qodı, atdı. Birin atanda ikisin-üçin yıqdı, ikisini atanda üçin-dördin yıqdı.
    Kafirlərin gözinə qorxu düşdi. Qaracıq çoban kafirin üç yüzini sapan daşıyla yerə bıraqdı. İki qardaşı oxa düşdi, şəhid oldı. Çobanın daşı dükəndi; qoyun deməz, keçi deməz, sapanın ayasına qor atar, kafiri yıqar. Kafirin gözi qorqdı. Dünya-aləm kafirin başına qaranu oldı; aydır: “Yarımasun-yarcımasun bu çoban bizim həpimiz qırar olamı?!” - dedilər; daha durmayıb qaçdılar. Çoban şəhid olan qardaşların Haqına qodı, kafirlər leşindən bir böyük dəpə yığdı, çaqmaq çaqub od yaqdı; dəxi kəpənəgindən qurumsı edüb yarasına basdı, yolun qıyısın alub oturdı, ağladısıqladı, aydır: “Salur Qazan, bəg Qazan! Ölümisin, dirimisin, bu işlərdən xəbərin yoqmıdır?” - dedi.
    Məgər, xanım, ol gecə Qalın Oğuzun dövləti, Baymdır xanın güyəgisi Ulaş oğlı Salur Qazan qara qayğılu vaqiə gördi. Sərmərdi uru durdı, aydır: “Bilürmisin, qarındaşım Qaragünə, düşümdə nə görindi? Qara qayğulu vaqiə gördüm, yumruğumda talbınan şahin bənim quşumı alur gördüm, gögdən ıldırım ağ-ban evim üzərinə şaqır gördüm, düm qara
    pusarıq ordumun üzərinə tökilür gördüm, quduz qurtlar evimi dələr gördüm, qara dəvə ənsəmdən qarvar gördüm, qarğu kibi qara saçım uzanır gördüm, uzanuban gözümi örtər gördüm, biləgimdən on barmağımı qanda gördüm. Necə kim bu düşi gördüm, şundan bərü ağlım-ussum dərə bilmən. Xanım qardaş, mənim bu düşümi yorğıl mana!” - dedi.
    Qaragünə aydır: “Qara bulut dedigin sənin dövlətindir. Qar ilə yağmur dedigin ləşkərindir. Saç qayğudur. Qan qaradır. Qalanısın yora bilmən, Allah yorsun!” -dedi.
    Böylə digəc Qazan aydır: “Mənim avımı bozma, ləşkərimi dağıtma. Bən bu gün Qonur ata qaqaram, üç günlik yolı bir gündə aluram, öylə olmadın yurdum üstinə varıram; əgər sağdır-əsəndir, axşam olmadın genə bən sana gəlürəm. Ordum sağ-əsən degil isə, başınuza çarə edin; mən dəxi getdim,”
  • dedi. Qonur atın mahmuzladı, Qazan bəg yola getdi.
    Gəli-gəli yurdının üzərinə gəldi. Gördi kim, uçarda quzğun qalmış, tazı dolaşmış, yurtda qalmış. Qazan bəg burada yurdlan xəbərləşmiş, görəlim, xanım, nə xəbərləşmiş:
    Qazan aydır:
    Qovm-qəbilə mənim quma yurdum,
    Qulanla sığın-keyikə qonşı yurdum,
    Səni yağı nerədən danmış, gözəl yurdum?!
    Ağ-ban evim dikiləndə yurdı qalmış,
    Qarıcıq anam oluranda yeri qalmış,
    Oğlum Uruz ox atanda buta qalmış,
    Oğuz bəgləri at çapanda meydan qalmış,
    Qara mudbaq dikiləndə ocaq qalmış...

Bu halları gördügində Qazanın qara qıyma gözləri qanyaş doldı, qan damarları qaynadı, qara bağrı sarsıldı. Qonur atını ökcələdi, kafir keçdigi yola düşdi, getdi. Qazanın öninə bir su gəldi.
Qazan aydır: “Su Haq dizarın görmüşdür, bən bu su ilə xəbərləşəyim,” - dedi. Görəlim, xanım, necə xəbərləşdi:
Qazan aydır:
Çağnam-çağnam qayalardan çıqan su,
Ağac gəmiləri oynadan su,
Həsənlə Hüseynin həsrəti su,
Bağ və bostanın ziynəti su,
Ayişə ilə Fatimənin nigahı su,
Şahbaz atlar gəlüb içdigi su,
Qızıl dəvələr gəlüb keçdigi su,
Ağ qoyunlar gəlüb çevrəsində yatduğı su,
Ordumun xəbərin bilürmisin, degil mana!
Qara başım qurban olsun, suyum, sana! - dedi.
Su qaçan xəbər versə gərək?! Sudan keçdi, bu gəz bir qurda tuş oldı. “Qurd yüzi mübarəkdir, qurdlan bir xəbərləşəyim,” - dedi.
Görəlim, xanım, nə xəbərləşdi:
Qazan aydır:
Qaranqu axşam olanda güni doğan,
Qar ilə yağmur yağanda ər kibi duran,
Qaraquc atları gördügində kişnəşdirən,
Qızıl dəvə gördügində bozlaşdıran,
Ağca qoyun gördügində quyruq çırpub qamçılayan, Arqasını urub bərk ağılın ardın sökən,
Qarma-bükəc səmüzin alub tutan,
Qanlu quyruq üzüb çap-çap yudan,
Avazı qaba köpəklərə ğavğa salan,
Çaqmaqluca çobanları dünlə yügürdən,
Ordumun xəbərin bilürmisin, degil mana!
Qara başım qurban olsun, qurdum, sana! - dedi.
-«***§# § §« » -

Qurd qaçan xəbər versə gərək?! Qurtdan dəxi keçdi, Qaraca çobanın qara köpəgi Qazana qarşu gəldi. Qazan qara köpəkləm xəbərləşdi; görəlim, xanım, nə xəbərləşdi. Aydır:
Qaranqu axşam olanda vaf-vaf ürən,
Acı ayran tökiləndə çap-çap içən,
Gecə gələn xırsızları qorqudan,
Qorquduban şamatasıyla ürküdən,
Ordumun xəbərin bilürmisin, degil bana!
Qara başım sağlığında eyilüklər edəm, köpək, sana!
dedi. Köpək qaçan xəbər versə gərək? Köpək Qazanın atının ayağına çap-çap düşər, sin-sin sinlər. Qazan bir tumar ilə köpəgi urdı. Köpək çəkildi, gəldügi yola getdi. Qazan köpəgi qovlayı, Qaraca çobanın üzərinə gəldi. Çobanı gördügində xəbərləşdi, görəlim, xanım, nə xəbərləşdi:
Qazan aydır:
Qaranqu axşam olanda qayğulu çoban!
Qarla yağmur yağanda çaqmaqlu çoban!
Ünüm anla, sözüm dinlə:
Ağ-ban evim şundan keçmiş gördünmi, degil mana Qara başım qurban olsun, çoban, sana! - dedi.
Çoban aydır:
Ölmüşmiydin, yitmişmiydin, a Qazan!
Qanda gəzərdin, nerədəydin, a Qazan!
Dün yoq, ötəki gün evin bundan keçdi,
Qarıcıq anan qara dəvə boynmda asılu keçdi.
Qırq incə bellü qızıyla halalın, - Boyı uzun Burla xatun ağlayuban şundan keçdi. Qırq yigidlən oğlun Uruz başı açuq, yalın ayaq kafirlərin yanınca tutsaq getdi.
Tavla-tavla şahbaz atların kafir binmiş,
Qatar-qatar qızıl dəvələrin kafir yetmiş,
Altun-aqça, bol xəzinəni kafir almış!
Çoban böylə digəc Qazan ah etdi, ağlı başından getdi, dünya-aləm gözinə qarannu oldı; aydır:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hasan paşanın Çənlibelə gəlməyi

Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı.Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər:

17 dəq
Mərcan xanımın Çənlibelə gəlməyi

Deyillər Həsən xanın üç oğlu, bir qızı qalmışdı. Böyük oğlununadı Əhməd, ortancılın adı Hümmət, kiçiyinin adı Mahmud, qızının da adı Mərcan xanımıydı.Aradan xeyli vaxt keçmişdi. Vaxt o vaxt olmuşdu ki, Mahmud böyüyüb girri bir cavan olmuşdu.

1 saat 50 dəq
Koroğlunun qocalığı

Koroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu.Yanında bircə vəfalı alagöz Nigar qalmışdı.

13 dəq
Koroğlu ilə Abdul xocanın görüşü

Sizə haradan xəbər verim, çardağlı Çənlibeldən. Çənlibeldə Qoç Koroğlu başında da yeddi min yeddi yüz yetmış yeddi dəlisi ilə məskən salmışdır. Heç bir tacir, bəzirgan Çənlibeldən keçib karvan apara bilməzdi. Günlərin bir günü Abdul Xoca Ərzurumdan gəlib Dərbəndə keçməli olur. Yolu Çənlibeldən düşür. Koroğlu da aylarla Ağ qayanın üstündə Abdul Xocanın yolunu gözləyir. Abdul Xoca Çənlibeldən keçən zaman Koroğlu Qıratın belində karvanın başı üstünü alır. Karvan dayanır. Abdul Xoca irəli çıxıb cibindən nal boyda qara pul çıxardıb Korogluya uzadır ki, igid, al, bu sənin yol basman. Koroğlu pulu alır, bir əli ilə əzib Abdul Xocanın üstünə atır. Abdul Xoca işi belə görüb karvana hərəkətə gətirir. Koroğlu bir çovlan edib, götürür "Şahsevəri" havasında görək nə deyir:Çənlibeldən gəldim sənə,

5 dəq

Başqa şairlərin şeirləri