İkinci görüş
Oturduq yanaşı, susduq yanaşı,Dən düşmüş saçına baxdım arada.Sən də mənə dedin ağarır başın,Görməyə nə var ki, ağı qarada.
Gecikmiş məhəbbət son bahar kimi,Həm kədərli olur, həm də ki, şirin.Anamın çaldığı laylalar kimi,Arzuyla doludur ala gözlərin.
Qalmışıq biz odla su arasında,Gənclik məhəbbəti, müdriklik yaşı.Ömrün bu qəribə macərasında,Oturduq yanaşı, susduq yanaşı.
Birdən fikrimizi elə bil gördük,Qəmli gülümsündük bir-birimizə.Elə bil bununla açıq deyirdik, –Bu yaşda məhəbbət yaraşmır bizə.Ürək necə olub unudub yaşı...Oturduq yanaşı, susduq yanaşı.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-ikinci-gorus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yerin alt qatına çox da əl atma,Götürübən yerə vurarlar səni.
İstixarəFikir edirik biz də bir iş başlayaq,Eyləyirik istixarə, bəd gəlir.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə