Düzlər keçdim, dağlar aşdım,Gün altında yana-yana.Bir uçurumda dayanmışdım,Üzü o yana, o yana.

Bilmirdim bahardı, qışdı,Əlimdən əllər yapışdı.Üzümə bir kölgə düşdü,Dedim ay ana... ay ana.

Yox əyri bitmir hər sınan,Tutdum ömrün yaxasından.Əbədiyyət yuxusundan,Zorla oyana-oyana.

Qışım döndü ilk bahara,Salam verdim dosta, yara.Yenə üz qoydum yollara,Nura boyana-boyana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar