Qara gözlər gileyli...Barı bir yol güləydi.Nə istəyir bilmirəm,Mən Məcnunam, o Leyli.

Özü nədir, ətri nə,Dəyməyin gül xətrinə.Yarım bənzər ahuya,Nəfəsi gül ətrinə.

Yuxu gördüm, kim yoza?Bir söz dedim o qıza.Sözüm dəydi xətrinə,Dünya düşdü payıza.

Demə yoldan ötəndir,Ağlı başdan itəndir.Belə-belə işlərinSonu toyla bitəndir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar