Yazıq Musa
Qorxa-qorxa yaşadı ömrünü yazıq Musa,Birdən aldadarlar ha, birdən aldanaram ha...Getmədi xeyri-şərə, getmədi toya-yasaBirdən aldadarlar ha, birdən aldanaram ha...
Öz evi, öz yatağı, vətəniydi, eliydi,Fikri vahiməliydi, gözü vahiməliydi.Onun ən qorxduğu şey insanların əliydi, –Birdən aldadarlar ha, birdən aldanaram ha...
Quzey o yana dursun, güneydən nəm çəkərdi,Tütün almaqdan qorxub, oturub qəm çəkərdi,Yeməyi öz qabına durub özü çəkərdi –Birdən aldadarlar ha, birdən aldanaram ha...
Bir qərara gəlincə ölərdi, dirilərdi,Yazıq Musa kişinin yaman ağırdı dərdi.“Hə” ilə “yox” sözünü eyni anda deyərdi –Birdən aldadarlar ha, birdən aldanaram ha...
Zaman keçdi, yaş ötdü, Musa nazik əyirdi,Yıxılmaqdan qorxub o daha iməkləyirdi,Vida vaxtı çatanda yazıq bir il can verdi –Birdən aldadarlar ha, birdən aldanaram ha...
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-yaziq-musa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Başına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,