Zindanda
Şair, vətənin bağrı yarılmış,Düşmənlərinin bağrını dağla!Qurdlar çalağanlarla sarılmış,Vulkan kimi, tufan kimi çağla!
Oldun can Azərbaycana qurban,Qurd əzmini, türk əzmini bildir!Bildir ki alovlar kimi çarpanZindanda Rza oğlu Xəlildir!
Vicdanlı igid, şanlı igidsən,Duy eşqini yurddaşlar içində!Sən ölməyəcək canlı şəhidsən,Türk öfkəli türkdaşlar içində.
Andınla, inancınla, adınlaHər türküsü şimşək dolu Türksən,Yüksək sənə layiq soyadınla,Eşqin Atatürkdür, Ulutürksən!
Etsin yağılar, qoy, səni sürgün,Qurdlar dolu dağlar duman olsun!Türk millətinin şairi bir günTürk dastanına qəhrəman olsun!
İstanbul, 1990
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-zindanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey şairlər, şeirdirBu dünyada səcdəniz,
Ağ günlər eşqinə oda yananlarAğ günlər eşqinə oda yananlar,Bilməz yer üzündə qaranlıq nədir.
Hər kəsin dünyada öz dünyası varHər kəsin dünyada öz dünyası var,Sənət dünyası var, söz dünyası var.
Günəş görünərmi göz qamaşandaGünəş görünərmi göz qamaşanda,Qızıl şəfəqləri aşıb-daşanda?!
Başqa şairlərin şeirləri · Vətən
Zülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,
Öləndə bir daşa çevirin məniÖləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.
Yaxşı ki, gələcək varYaxşı ki, insanlar ölüb gedirlər,Yaxşı ki, doğulub gəlir insanlar.
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb