Alovlanar dəli könlümdə duyğular dənizi,Şeirlərimdə sizin ən kiçik diləklərinizQanadlanarsa, demək, mən sizin düşüncəniziDuyan, anan, yaşadan insanam, nə mutlu mənə!Ulus oduyla yanar çırpınan ürəkləriniz,Sevən baxışlarınınz nəşəli, umutlu, mənə –Həyatda ummadığım ərməğan məhəbbətiniz,Mənim səadətim olmuş sizin səadətiniz.Sizin təravətinizlə çiçəklənər daşlar,Mənimsiniz, sizinəm, ey sevimli yurddaşlar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar