Qəm yemə, səbr et, bu da yahu keçər
Zülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,Sönsə də ənvari kəmali hünər,Qəm yemə, səbr et, bu da yahu keçər.
Haqqü ədalətdən əsər yoxsa da,Xarisi-qanun bir ər yoxsa da,Zülm edənə qarşı süpər yoxsa da,Qəm yemə, səbr et, bu da yahu keçər.
Millətə, milliyyətə, hürriyyətəAşiq olan uğrasa da möhnətə,Yarü vətən düşsə də gər qürbətəQəm yemə, səbr et, bu da yahu keçər.
Kitabxana.az · https://kitabxana.az/works/huseynzade-qem-yeme-sebr-et-bu-da-yahu-kecer
← → düymələri ilə keçid, R — təsadüfi şeir