Hüseyn İbrahimova

Yenə Təbriz sözü gəldi dilimə,babam Xətayinin şəhəridir o.Qurşayın Arazı mənim belimə,Təbrizin açılmış kəməridir o.

Araz qırağında, küləkli gündə,mən bir söyüd gördüm çayın üstündə.Dağılmış saçını gah yel yolurdu,gah da ki, tikanlı məftil yolurdu.Əyilib o tayı öpürdü söyüd,əyilib bu tayı öpürdü söyüd.Saçını o taya səpirdi söyüd,saçını bu taya səpirdi söyüd.

Yüz belə küləklər əsib üstündənbirdi bahar ona, birdi qış ona.Sərhəddə bitdiyi birinci gündəntikanlı məftillər sarınmış ona.

Söyüd bitdiyinə peşiman olmuş,söyüdü görənlər perişan olmuş.

Söyüdüm, əyilib o tayı öpdün,gətir saçlarından öpüm, söyüdüm.Söyüdüm, saçını bu taya səpdin,gətir saçını də öpüm, söyüdüm.Üstünə gül-çiçək səpim, söyüdüm.

Fikrə qərq olduğum sərhəd boyunda,sərhədsiz göründü dünya gözümə.Əsr yarım keçdi bu bircə anda,külək toz-torpağı çırpdı üzümə.Sandım ki, yel əsir əsr yarımdı,söyüdün saçları öz saçlarımdı.Dondu damarımın elə bil qanı,demə, qanunlara mən qulaq asdım.Bölmədim, bölünmüş Azərbaycanı,söyüdlə birlikdə bağrıma basdım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən