Yavaş de, qızım
“On səkkiz yaşımı Sizə bağışlayıram,şöhrətinizdə gözüm yoxdu, yetmişi mənəverin, yaşayın, şair”.Oxucu məktubundan
Mənə bir xoş sözü pay verməyiblər,payımı əlimdən alan “əmilər”.Dedim ürəksizə ürək sözümü,daldada ağlatdı üzümə gülən.
Sizin Qubadlını, bizim Məzəmionlar erməniyə pay verdi dünən.
Kimsə qələm çalır, sərəncam verir,gör nəylə ölçülür ad-san ölçüsü?!Nadan can bəsləyir, aqil can verir, –budur, dövrümüzün vicdan ölçüsü.
Qızım, şairlər də qızlara bənzər, –safdılar, pakdılar, sadəlövhdülər.Sözü zəmanəylə düz gələ bilmir,alçaqlar yanında yüksələ bilmir.
Misalmı?!Firdovsi, Mahmud Qəznəvi!“Şahnamə” yaşadı, şah cani çıxdı.Qədim bir bayatı, ya bir məsnəvi,Şahın fərmanından şahanə çıxdı.
Gizli qısqırırlar səmə itləri,Bəhanə gəzirlər, bir qərəz üçün.Yenə MüşfiqləriVə Cavidləriaxtarıb tapırlar yeni qəsd üçün.
Hərislər sənəti, şeiri duymaz,toyuğun tükünü yolallar, qızım.Yaşını pay verdin,yavaş de bir az, –eşidib əlindən alallar, qızım.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-yavas-de-qizim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Tuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Ay qızBoyun sənin tuba kimi,Qaşlarındı kaman, ay qız!
Qəzəl: Yetərmi rişteyi-can gövhəri-yəganə sənəYetərmi rişteyi-can gövhəri-yəganə sənəKi gün kəməndi onun yetməz astanə sənə