Millət öz-özünə güldü nəhayət
Heykəl uçuruldu, töküldü getdi,heykələ bu baxdı, o güldü, getdi.heykəlin mübarək günləri getdi,altının, üstünün mərməri getdi.Sənətlə üz-üzə gəldi siyasət,daşüstü söküldü, daşaltı getdi.Millət öz-özünə güldü nəhayət,ürəyi doluydu, boşaldı getdi.
Güldü – əl çaldığı Açılışlara,güldü tərif dolu o çıxışlara,qırmızı lentlərə güldü doyunca,əklili dəyişib əklil qoyunca.Güldü “tarixinə”, uğundu getdi,gülüşü özünə toxundu, getdi.Yerdən daş qaldırıbinsanı yıxdı,bir dövran o biri dövranı yıxdı.
İllərin hökmünü dəyişdi illər,millət daş atırdı, daşa dəyirdi,dünən zəmanəyə əl çalan əlləryenə əl çalırdı,hədələyirdi...
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-millet-oz-ozune-guldu-nehayet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Zəmanə saldi əcəb mohnətu məlalə məni,O mahrudən iraq verdi qəm zəvalə məni.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
گرم از طالع فرخ رخ جانان شود دیدهز عکس رنگ آن رخسار عین جان شود دیده
Gülğülə saldım genə nöhfələki-əxzərəGülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.