Fəlsəfənin riyaziyyatı
Kitab da bir ömrün vəsiqəsiymiş,gah sevinc bürüyər, gah kədər məni.Ahım – taleyimin tül pərdəsiymiş,hər nəfəs aldıqca yellədər məni.
Sizə səadətdi arzum, niyyətimqəm nədir bilməyin bir ömür boyu.Mənim gözüyaşlı bu məhəbbətimaxdı Araz boyu, getdi Kür boyu.
Sən demə, kişinin eşqi, həyatıadi bir qadının əlində imiş.Budur fəlsəfənin riyaziyyatı,[?]
Demə, dərd verirəm mən bu millətədərdi danışdıqca azalır, gülüm.Satır “Azərkitab” baha qiymətə,Mənim dərdimdən də qazanır, gülüm.
8.10.95
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-felsefenin-riyaziyyati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Qafil bayquş, kimlər üçün inildərsən, ağlarsan?Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan?
Təzə çiçəklərGeneral Həzi Aslanovu əziz*xatirəsinə*
Suda işıqlar“Bağmeşə”dən iraq, “Sarı dağlar”dan,Günəş doğur səhər, rəngi qızıl qan!
QəriblikMus: Oqtay Kazıminindir*Mən könüllü bu yerlərə yol aldım,