Zirvə
Zirvəyə qalxıram dolama yolla,bu yol əziyyətdi, tamaşa deyil.Qalxıram təbdirlə, hisslə, ağılla,zirvənin mənzili birbaşa deyil.
Kəsir qabağımı gah sis, gah duman,gözümdə yorğunluq, saçlarımda dən.Qalxıram, daş qopur ayağım altdan,dağ mənə söykənir, mən dağa hərdən.
İllər pillələrmiş bizdən ötəri,Yollara gah bürkü, gah şaxta düşür.Şöhrətin sevinci, yaşın kədəri,tərs kimi, ikisi bir vaxta düşür.
Keçir icazəsiz ömrün səddini,keçirir bizi də alovdan, oddan.Sağlamlıq, gözəllik ləyaqətinialır əlimizdən yaş soruşmadan.
Ah, zirvə hardadı, görəsən harda?nədir mən getdiyim bu cığır, bu iz?Mən də bir zirvəyəm aşağılarda,nə mən zirvəsizəm, nə zirvə mənsiz.
Gedirəm... illərə sorağım düşür,insan öz-özündən ayrılır demək.Yuxarı baxıram – papağım düşür,aşağı baxıram – gözümdən eynək.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-zirve
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yatardıq ağacda şad, bipərva,Nə gəldi düşdük bəlaya, xoruz
Ah, kim hər gün yetər min qəm dili-naşadiməAh, kim hər gün yetər min qəm dili-naşadimə,Bir gün ol bimehr məh yetməz mənim fəryadimə.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
ÇustÇust sürçüb məni palçıxda yıxur, ay zakir,Tərs kimi yolda olub çalaçuxur, ay zakir.