Çust sürçüb məni palçıxda yıxur, ay zakir,Tərs kimi yolda olub çalaçuxur, ay zakir.

Qərəzim yadına salmaqdı öz əhd etdiyin ki,Xatirindən unudub bəlkə çıxur, ay zakir.

Qocalıqda məni salubdur ələ bir yandan,Dizimin taqətin alur, buraxur, ay zakir.

Mə'nisin yaxşı bilür Hacı Məhəmməd Kirvə,Verəsən kağızımı açub oxur, ay zakir.

Qələt eylər, qocalubdur, çənəsi taqqıldar,Yoxmadır bu qocalıq ona yuxur, ay zakir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri