Ankarada Məmməd Əmin Rəsulzadənin məzarı
Daş üstə yazı: “İnsanlara hürriyyət, millətlərəistiqlal!”. Son nəfəsində o üç dəfə “Azərbaycan!”– dedi, gözlərini əbədi yumdu.Məmməd Kəngərlinin dediklərindən
Fərdlər ölür, lakin ölməz “Cəmiyyət”.Z.Göyalp
Qarşımda bir məzar, məzarda KİŞİ!qəbristan daimi bir heyrətimdi.
Əsrin ən talesiz bir əzabkeşi, –mənim Türkiyədə ziyarətimdi.
Yerə də zinətdi düşünən bir baş,o yatır bir ana köksündə belə.Qəbristan hər yerdə qürbətdi, qardaş,qürbətdi vətənin özündə belə.
Bəs niyə doğmadı mənə bu kümbəz? –pak vicdan sahibi, üstə şər yatır.“Bir yol qalxan bayraq, bir daha enməz!” –bayrağı qaldıran bir rəhbər yatır.
Türkiyə vətəndi, türkəm deyənə,namərdin ürəyi partlasın gərək.Vətəndən qovdular, qaçdı vətənə,qaçdı beşiyindən məzarınadək.
İlahi, nə qədər böhtan yazdılar,Mənə nələr deyir bu kiçik məzar.Hayana döndüksə, şüar asdılar,Hanı kommunizm, o şanlı şüar?!
Nə qədər yubiley oldu Bakıda,təriflər, təltiflər yapdıq, Əfəndim.Sənin yubileyin düşmədi yada.biz səni itirib tapdıq, Əfəndim.
Hanı bu beşiyin ana laylası?!Hanı Azərbaycan...yat, quzum, laylay.Yerin behişt olsun, daş ağrıtmasın,mənim “xalq düşmənim”, “məhbusum” laylay.
Ağırdı millətdən üzr istəmək,yalanlar əbədi puç olmalıydı.Heykəl var – məzara gömülsün gərək,məzar var – heykəli ucalmalıydı.
Ankara, 13 may, 1990
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-ankarada-memmed-emin-resulzadenin-mezari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Bil ki, bütün dünya sənin olacaq.
Şeyx ƏttarŞeyx Əttar Çingiz xanın qələbəsində əsir olmuşdu. Bir nəfər moğalistədi ki, onu öldürsün.
Məni ta ruzigari-səngidil ayırdı yarimdənMəni ta ruzigari-səngidil ayırdı yarimdən,Nə gördüm ruzi-xoş hərgiz, nə xoşluq ruzigarimdən.
LeninəAfağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.