Məndən inciməyə haqqın var sənin,bəxtdən inciməyə haqqın çatarmı?Özün ovsunladın göz bulağımı,göz yaşı içməyə haqqın çatarmı?

Sənsiz, səndən ötrü nəzir vermişəm,könlümü könüllü əsir vermişəm.Sənə candan qabaq mən sirr vermişəm,o sirri açmağa haqqın çatarmı?

Məcnun Leyli deyib dağı dolaşır,dildə bal, ağızda ağı dolaşır.Nəriman fikirli, ahlı dolaşır,tək qoyub qaçmağa haqqın çatarmı?

12.01.98

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri