Olum
Mənə zülüm eyləyirsən,zülm elə, qurbanın olum.Dünya sənindi deyirlər,sən olan dünyanın olum.
Yol kimi ayaqla məni,həm öldür, həm ağla məni.Hör daşla, torpaqla məni,qoy təzə ünvanın olum.
Dilim dil olsun o dilə,bir yol adımı çək belə.Ver, aparsın əsən yelə,dillərdə dastanın olum.
“Yox” demə ki, yoxa çıxım,istidən soyuğa çıxım.“Hə” de ki, qabağa çıxım,“can” deyəndə, canın olum.
Nərimanı girov qoyum,gözlərini yeyim, doyum.Mən səni səndən qoruyum, –yanında həyanın olum.
2 iyul 2002
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-olum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Qulluğunda gərçi var, cana, bəsi təqsirimizQulluğunda gərçi var, cana, bəsi təqsirimiz,Yoxdurur lütfündən özgə imdi hiç tədbirimiz.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,