Yatırsan dünyadan yoxdu xəbərin,taleyin qəribə tilsimə düşüb.Bir qadın, qəsdinə durubdu sənin,mənim də hər yerdə izimə düşüb.

Bəzən ovsunlayır şirin dilləri,deyir ki, nə bilim, könül səsiyəm.Mən nə birinciyəm ondan ötəri,nə də... axırıncı əyləncəsiyəm.

Gözünün altına qəm ələnibdi,dindirsən gah susar, gah qiyam eylər.Bütün kişilərdən şübhələnibdi,bütün qadınları ittiham eylər.

Kimsə ürəyini vaxtsız oyadıbgözündə qalıbdısevinci, nazı.Kimsə nəzakətlə aldadıb, atıb,qarışıb dünyada onun dünyası.

Mənim nəzərimdə o, taleyi kəm,günü-güzəranı acınacaqlı.Onun nəzərində mən sadəlövhəm,mən daim haqsızam, o daim haqlı.

Qadın nəzərində başqaymış aləm,O öz gözlərində açır səhəri.Yeganə ümidi dünyada mənəm,Yazıq aldanıbdı... yoxdu xəbəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri