Səni daş eylədiləro daşa qurban olum.Qızın “Ana” çağırır, –anaşa qurban olum.

Ağrısan ağrıyardım,yaranı sarıyardım.Saçını darayardım,o saça qurban olum.

Ürəyimdə söz qalıb,külün altda köz qalıb,baxa-baxa göz qalıb, –göz-qaşa qurban olum.

Baxan baxır yan gedir,gələn pərişan gedir.Daş qalır, insan gedir,Sən yaşa, qurban olum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri