“Qah-qah gülməlisənxaniman xərab!”Sabir

Yubiley keçirdik, təriflər yazdıq,təbriklər elədik verib səs-səsə.Doyunca əl çaldıq bir-birimizə,yenə yubileyə hazırlaşırıq.

Görəsən kim indi haray salacaq,ardı kəsməyəcək güzar-gileyin.Bir para məddahlar namaz qılacaq,tutub ətəyindən bir para “şeyxin”.

Hardasa yetim var, hardasa çılpaq,hardasa infarktdan yatır oğullar.Bir yetim qarnını doyurmayacaq,kürsüdən deyilən şüar-nağıllar.

* * *

Heç kəsə oxşamayın, –deyə-deyəsonradan;özünü tələb etdio, axırda hamıdan.

* * *

“Gül qönçəliyində xar iləndi,açılanda özgə yar iləndi...”Mən qulaq asıram, deyin bir qədər,bu necə güldü ki, saralıb solmaz.Gəlsin sağlığında ölən şairlər,qoca Füzulini dinləsin bir az.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri